Azərbaycan milli komandası tarixi nəticəni bu gün rəsmiləşdirəcək
![Azərbaycan milli komandası tarixi nəticəni bu gün rəsmiləşdirəcək](https://mediasport.az/uploads/images/202312/image_750x_656e310f40623.jpg)
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında əldə etdiyi tarixi nəticəni bu gün rəsmiləşdirəcək.
Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının qrup mərhələsinin son turu çərçivəsində Farer adaları yığmasını qəbul edəcək.
Seçməmiz bugünkü qarşılaşmanın nəticəsindən asılı olmayaraq, qrup birinciliyini və B Liqasına vəsiqəni vaxtından əvvəl təmin edib.
Komandamız 13 xalla vahid liderdir, ən yaxın izləyicimiz Monteneqronun aktivində 9 xal var.
UEFA Millətlər Liqası. C Liqası. Qrup mərhələsi. 6-cı tur
19:00 Azərbaycan – Farer adaları
Baş hakim: Loviza Yohansson
Baş hakimin köməkçiləri: Kamilla Stendal, Cilan Taher
Dördüncü hakim: Maral Mirzai Beni
Bakı, “Dalğa Arena”.