Milli komandamızın üzvü dünya reytinqində 3-cü pillədə qərarlaşıb

Milli komandamızın üzvü dünya reytinqində 3-cü pillədə qərarlaşıb

Beynəlxalq İdman Atıcılıq Federasiyası aprel ayı üçün dünya reytinqini açıqlayıb.

mediasport.az xəbər verir ki, güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Ruslan Lunyov 10 metrdən pnevmatik tapançadan atəş açmaqda reytinq cədvəlində üçüncü yerdə qərarlaşıb.

33 yaşlı idmançı iri çaplı tapançadan 25 metr məsafədən atəşaçmada 15-ci sırada yer alır. Regina Meftahətdinova isə stend atıcılığı sıralamasında 16-cı yerdədir.