Bakıda keçiriləcək Dünya Kubokunun posteri təqdim edilib

Bakıda keçiriləcək Dünya Kubokunun posteri təqdim edilib

Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub.

Mediasport.az xəbər verir ki, ölkəmiz nüfuzlu yarışa mayın 1-dən 12-dək ev sahibliyi edəcək.

Dünya Kuboku 8-ci dəfə Azərbaycanda təşkil olunacaq.

Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir.

Biletləri yaxın günlərdə www.ticket.az saytından əldə etmək mümkün olacaq.