Bakıdakı Dünya Kubokunda iştirak üçün 605 idmançı müraciət edib

Bakıdakı Dünya Kubokunda iştirak üçün 605 idmançı müraciət edib

Bakıda keçiriləcək Atıcılıq üzrə Dünya Kubokunda iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib.

mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat yayıb.

İndiyədək olunan müraciətlərə görə, atletlərlə yanaşı, yarışlara 300 nəfər texniki heyət qatılacaq. Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar. Ötən il Bakıda keçirilmiş analoji yarışa həm güllə, həm də stend atıcılığı üzrə 66 ölkədən 700 idmançı qatılıb.