Robin Mitçell assosiasiyaya rəhbərliyi davam etdirəcək
Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) yeni prezidenti müəyyənləşib.
mediasport.az xəbər verir ki, ANOC-un XXVI Baş Assambleyasında növbəti dəfə qurumun rəhbəri Robin Mitçell seçilib.
177 nəfər 76 yaşlı funksionerin lehinə, 5 nəfər isə əleyhinə səs verib. İki şəxs bitərəf qalıb. Bundan əlavə, Şeyx Joan bin Həməd Əl-Tani qarşıdakı 4 ildə I vitse-prezident vəzifəsini yerinə yetirəcək.
Robin Mitçell 2018-ci ildən ANOC-da prezident səlahiyyətlərini yerinə yetirir. O, bu postda Şeyx Əhməd Əl Fahad Əl Sabahı əvəzləyib.