Millimiz AÇ-nin seçmə mərhələsində sonuncu yeri tutub

Millimiz AÇ-nin seçmə mərhələsində sonuncu yeri tutub

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv üçüncü matçda Moldova yığması ilə qarşılaşıb.

Görüşdə qapılara qol vurulmayıb.

Daha əvvəl Sloveniyaya 0:9, Kosovoya 0:3 hesabı ilə uduzan komandamız 1 xalla qrup sonuncusu olub.