Milli futbolçularımız oynadı, "Qalatasaray" fransızlara uduzdu

Milli futbolçularımız oynadı, "Qalatasaray" fransızlara uduzdu

Qadınlardan ibarət Azərbaycan millisinin oyunçuları Nazlıcan Parlak və Kristina Bakarandzenin formasını geyindiyi "Qalatasaray" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə qoşulub.

Mediasport.az xəbər verir ki, İstanbul təmsilçisi Fransada "Olimpik"lə (Lion) qarşılaşıb.

Meydan sahiblərinin böyük üstünlüyü ilə keçən matçda fransızlar 3 cavabsız qolla qələbə qazanıblar.

Bakarandze matça start heyətdə başlayıb və sona qədər mübarizə aparıb. Nazlıcan isə 78-ci dəqiqədə meydana çıxıb.

A qrupunun digər görüşündə "Roma" ilə "Volfsbuq" (Almaniya) İtaliyada üz-üzə gəlib və meydan sahibləri minimal hesablı qələbə qazanıb - 1:0.

UEFA Çempionlar Liqası (qadınlar). Qrup mərhələsi. 1-ci tur

8 oktyabr

"Olimpik" (Lion, Fransa) - "Qalatasaray" (Türkiyə) 3:0