İdmançılarımız dünya çempionatı üçün Belçikaya yollanıblar
İdman gimnastikası üzrə Azərbaycan millisi Belçikanın Antverpen şəhərində keçiriləcək 52-ci dünya çempionatına yola düşüb.
Mediasport.az xəbər verir ki, Nikita Simonov, İvan Tixonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova sözügedən ölkəyə yollanıblar.
Qeyd edək ki, yarış 30 sentyabr - 8 oktyabr tarixlərində keçiriləcək.