Sofiya Məmmədova Türkiyə turnirində gümüş medal qazanıb

Sofiya Məmmədova Türkiyə turnirində gümüş medal qazanıb

Azərbaycan gimnastı Sofiya Məmmədova beynəlxalq turnirdə uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz "Bosphorus Cup" turnirində gümüş medal qazanıb.

O, İstanbulda keçirilən yarışda halqa ilə hərəkətlərdə fərqlənib.