Renat Dadaşovdan Türkiyə Superliqasında 4-cü qol - VİDEO
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov icarə əsasında çıxış etdiyi Türkiyənin “Hatayspor” klubunda dördüncü qolunu vurub.
Mediasport.az xəbər verir ki, 24 yaşlı hücumçunun komandası Superliqanın 13-cü turu çərçivəsində autsayder “İstanbulspor”un qonağı olub.
90 dəqiqə meydanda olan Renat 48-ci dəqiqədə penaltidən bərabərlik qolunu vursa da, Hatay təmsilçisi məğlubiyyətdən qaça bilməyib - 1:2.
Volkan Dəmirəlin baş məşqçisi olduğu kollektiv 17 xalla 9-cu pilləyə düşüb.