Millimizin 1-ci Liqa klubları MOİK və "İmişli"yə gücü çatmadı

Millimizin 1-ci Liqa klubları MOİK və "İmişli"yə gücü çatmadı

Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoxlama oyunu keçirib.

mediasport.az xəbər verir ki, millimiz əvvəlcə 1-ci Liqa təmsilçisi MOİK-lə qarşılaşıb və görüş 2:2 hesabı ilə başa çatıb.

U-19-un qollarını İbrahim İbrahimli və Uğur Səfərov vurublar.

Daha sonra 1-ci Liqanın digər klubu “İmişli” ilə qarşılaşan yığmamız bölgə təmsilçisinə uduzub - 2:3. U-19-un heyətində Yaqub Yusubov və İbrahim İbrahimli fərqlənib.