Ramil və Vüsal üçün 3 xal, Coşqun Diniyev məğlubiyyət yaşadı - VİDEO
Azərbaycanlı futbolçular Türkiyə 1-ci Liqasında növbəti oyunlarını keçiriblər.
Mediasport.az xəbər verir ki, 32-ci tur çəçrçivəsində Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” “Bandırmaspor”a 3:1 hesabı ilə qalib gəlib.
Hücumçu 58-ci dəqiqə meydanda olub.
Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” “Altay”ı 2:1 hesabı ilə məğlub edib, forvard oyuna 80-ci dəqiqədə qoşulub.
Coşqun Diniyev komandası “Ümraniyəspor” səfərdə “Keçiörəngücü" kollektivinə uduzub (2:4), yarımmüdafiəçi ilk hissə meydanda olub.
“Manisa”da oynayan Sərtan Taşqın “Adanaspor”la qarşılaşmanın son dəqiqələrində şans qazanıb, görüş 1:1 hesabı ilə başa çatıb.
Bəxtiyar Həsənalızadəli “Tuzlaspor” “Bodrumspor”la xalları yarı bölüb (0:0), müdafiəçinin adı iştirak ərizəsinə daxil edilməyib.
“Kocaelispor” 55 xalla 5-ci, “Boluspor” 50 xalla 7-ci, “Manisa” və “Ümraniyəspor” 37 xalla 12-13-cü, “Tuzlaspor” isə 34 xalla 15-ci pillədə qərarlaşıb.