AVRO-2025: Millimiz İspaniyada Ukrayna yığmasına məğlub olub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün AVRO-2025-in seçmə F qrupunda növbəti oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv İspaniyada qrup lideri Ukrayna yığması ilə qarşılaşıb.
Ukraynalılar minimal hesablı qələbə ilə 5-də 5 ediblər. 4 oyuna 3 xal qazanan U-21 yığmamız 6 komanda arasında 5-ci pillədə qərarlaşıb.
AVRO-2025. Seçmə qrup mərhələsi
22:00. Ukrayna - Azərbaycan 1:0
Qol: Vladimir Brajko, 34-pen.
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).
İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.
Xal durumu: Ukrayna - 12 (4 oyuna), İngiltərə - 9 (4), Serbiya - 6 (4), Azərbaycan - 3 (3), Lüksemburq - 3 (5), Şimali İrlandiya - 3 (4).
Ukrayna: 1. Ruslan Neşçeret, 5. Vitali Roman, 13. Volodimir Salyuk, 16. Arseni Batahov, 2. Konstantin Vivçarenko, 10. Yeqor Yarmolyuk, 17. Volodimir Brajko, 8. Oleq Oçeretko, 14. İllya Kvasnitsia, 20. İqor Krasnopir, 9. Nazar Voloşin.
Baş məşqçi: Unay Melqosa.
Azərbaycan: 1. Rüstəm Samiqullin, 13. Qurban Səfərov, 15. Süleyman Damadayev, 4. Cəlal Hüseynov, 21. Mahir Həsənov, 2. Abdulla Rzayev, 7. Camal Cəfərov, 10. Veysəl Rzayev, 8. Fərid Yusifli, 9. Nəriman Axundzadə, 19. Samir Abdullayev.
Baş məşqçi: Samir Əliyev.