AVRO-2025: Azərbaycan millisi İngiltərədən 7 cavabsız top buraxdı

AVRO-2025: Azərbaycan millisi İngiltərədən 7 cavabsız top buraxdı

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə qrup mərhələsi çərçivəsində sonuncu görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Bolton şəhərində İngiltərə yığmasının qonağı olub.

6 komandalı qrupda geridə qalan 9 turdan sonra 3 xalla sonuncu pillədə qərarlaşan U-21 Britaniya səfərində qapısından 7 cavabsız top buraxıb.

Bunadək 8 qarşılaşmada uduzan komandamız yalnız 3-cü turda Bakıda Lüksemburqa qalib gələ bilib (3:2).

Futbolçularımız ümumilikdə 10 matçda 4 qol vurub, 30 top buraxıblar.

Xatırladaq ki, qitə birinciliyinin final mərhələsi gələn il iyunun 11-dən 28-dək Slovakiyanın 8 şəhərində keçiriləcək.


U-21 Avropa çempionatı. Seçmə qrup mərhələsi. F qrupu. 10-cu tur


İngiltərə - Azərbaycan 7:0

Qollar: Çarli Kressuell, 2, Kalum Doyl 26, Ceyms Makati 55, Cəlal Hüseynov, 70-avtoqol, Eliot Anderson, 72. Deyn Skarlet, 86, Omari Hatçinson, 90.

Baş hakim: İvana Martinçiç.

Baş hakimin köməkçiləri: Sanya Rodyak-Karsiç, Maya Petraviç.

Dördüncü hakim: Sabina Boliç (hamısı Xorvatiya).

Hakim-inspektor: Yens Larsen (Danimarka).

UEFA nümayəndəsi: İqnas Marçinkeviçius (Litva).