Renat Dadaşovun komandası evdə "Yanq Boyz"a məğlub oldu
İsveçrədə Superliqasında 17-ci tura start verilib.
mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Yanq Boyz"la qarşılaşıb.
Dadaşovun komandası evdə rəqibinə 1:2 hesabı ilə uduzub.
Yığmamızın forvardı oyuna start heyətində çıxıb və sona qədər oynayıb. O, 90+4-cü dəqiqədə assist edib. Liderdən 18 xal geri qalan "Qrasshopper" hazırda 20 xalla 8-ci yerdədir.