Şeydayev yenə oynamayıb, "Buriram" qələbə qazanıb - VİDEO

Şeydayev yenə oynamayıb, "Buriram" qələbə qazanıb  - VİDEO

Bu gün Tailand Premyer Liqasında təxirə salınmış oyunlar keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" 10-cu tur çərçivəsində səfərdə "Praçuap"ı məğlub edib (2:1).

Şeydayevin adı bu dəfə də iştirak ərizəsinə daxil edilməyib. Ramil artıq 4 oyundur Buriram təmsilçisinin heyətində forma geyinmir.

Komanda 14 turdan sonra 27 xalla dördüncü pillədə qərarlaşıb.

Tailand Premyer Liqası. 15-ci tur

"Praçuap" - "Buriram Yunayted" 1:2