Millimiz qazaxlara uduzdu

Millimiz qazaxlara uduzdu

Qazaxıstanda səfərdə olan futzal millimiz yoxlama oyunu keçirib. MediaSport.az xəbər verir ki, Joze Alesio da Silvanın baş məşqçii olduğu komanda meydan sahibləri ilə qarşılaşıb.

Aktaudakı "Halyk Arena"da baş tutan oyun qazaxların 5:3 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını Ramiz Çovdarovla (2) Rafael Vilela vurub.

 Komandalar arasında növbəti görüş sentyabrın 20-də oynanılacaq.