DÇ-2024: Qazaxıstan - Azərbaycan oyununu onlar idarə edəcəklər

DÇ-2024:   Qazaxıstan - Azərbaycan oyununu onlar idarə edəcəklər

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan- Azərbaycan oyununun hakim təyinatlar açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcəklər.


Qazaxıstan - Azərbaycan

Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov (hamısı Bolqarıstan)

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Morten Engebretsen (Norveç)

11 oktyabr, 18:00. Astana, Qazaxıstan.