Azərbaycan çempionu Xorvatiya yığmasının qapıçısını transfer etdi

Azərbaycan çempionu Xorvatiya yığmasının qapıçısını transfer etdi

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” hazırlığa start verib.

MediaSport.az saytına verilən məlumata görə, ölkə çempionu, paralel olaraq heyətini də gücləndirmək istiqamətində işlər aparır.

Baş məşqçi Vitali Borisovun istəyi ilə komandaya yeni qapıçı transfer olunub. Xorvatiya millisinin üzvü Luka Pavloviç qarşıdakı bir il ərzində Naxçıvan təmsilçisinin uğurları üçün çalışacaq.

25 yaşlı qolkiperin son klubu vətənində "Universitas" (Split) klubu olub