"Araz-Naxçıvan"dan 2 transfer
"Araz-Naxçıvan" futzal klubu heyətini daha 2 oyunçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, son Azərbaycan çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçlə anlaşıb. Serbiyanın "Loznitsa Qrad" klubundan "qırmızı-ağlar"a keçən 20 yaşlı oyunçu ilə müqavilə mövsümün sonuna qədərdir.
"Araz-Naxçıvan"ın digər transferi yerli futzalçı, "Torpedo-2"nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər "qırmızı-ağlar"ın formasını geyinəcək.
Xatırladaq ki, "Araz-Naxçıvan" daha əvvəl braziliyalı hücumçu Andre Korrea dos Santos Juniorun keçidini açıqlayıb.