İdmançımız beynəlxalq turnirdə ən güclü "4-lük"də yer alıb
İsveçin Uppsala şəhərində keçirilən “VICTOR Swedish Open” turnirində Azərbaycan badmintonçusu da iştirak edib.
Mediasport.az xəbər verir ki, o, 1750 reytinq xalı qazanıb və beynəlxalq turnirin şəxsi yarışında ən güclü "4-lük"də yer alıb.
Yarışa əsas mərhələyə başlayan idmançı öncə isveçli Sesilia Vanqı 2:0 (21:14, 21:19), 1/8 finalda şotland Reyçel Suqdeni (21:9, 21:17), növbəti raundda Danimarkadan olan Frederikke Lundu 2:1 (18:21, 21:13, 21:11) məğlub edib.
Keişa Fatimə Zəhra yalnız fransalı Leonice Huetə uduzub - 0:2 (13:21, 14:21).