Badminton üzrə Avropa çempionatı növbəti il Azərbaycanda keçiriləcək

  Badminton üzrə Avropa çempionatı növbəti il Azərbaycanda keçiriləcək

Gələn il Bakıda Badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı keçiriləcək.

Mediasport.az xəbər verir ki, Avropa Badminton Federasiyası rəsmi saytında bu haqda məlumat yayıb.

Federasiyanın prezidenti Sven Serre verdikləri bu qərarda ölkəmizdəki badminton tədbirlərinin kifayət qədər yüksək səviyyədə təşkilinin önəmli rol olduğunu bildirib:

"Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığımız həmişə məhsuldar olub. Onların mükəmməlliyə həvəsi yüksək səviyyədə ev sahibi olmalarına səbəb olur. Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi turniri gözləyən Bakıya, Azərbaycana qayıtmaqdan məmnunuq".

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov həmin qərara münasibət bildirib:

"Bakının Avropa çempionatına ev sahibi kimi seçilməsi xəbəri məni çox həyəcanlandırır. Avropa badmintonunun uğurunu birlikdə qeyd etmək və Bakıda daha bir unudulmaz təcrübə üçün bütün komandaları salamlamağı səbirsizliklə gözləyirik".

Avropa Badminton Federasiyası 2024-cü ildə yeniyetmələr arasında Avropa çempionatının İspaniyanın İbiza adasında keçirilməsini qərara alıb.