Azərbaycan badmintonçuları Serbiya turnirində 4 medal qazanıb

Azərbaycan badmintonçuları Serbiya turnirində 4 medal qazanıb

Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian Youth International 2024” turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Mediasport.az xəbər verir ki, 9 yaşadək bamdintonçu qızların fərdi yarışında Mələk Təhməzli qrup mərhələsi və yarımfinalı uğurla keçib.

Təmsilçimiz həlledici dueldə Kipr təmsilçisinə qalib gələrək turnirin qalibi olub.

Ömər Teymurlu 13 yaşadək oğlan bamdintonçuların fərdi mübarizəsində 4 qələbədən sonra yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal Azərbaycan təmsilçilərinin hesabına yazılıb.

Mübarizəyə 1/8 finaldan başlayan Ömər Mehdi - Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə sayəsində finala yüksəlib.

Azərbaycan idmançıları qızıl medalın bir addımlığında macarıstanlı rəqiblərinə uduzaraq bu kateqoriya üzrə ikinci olublar.

İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıb.