Milli komandamızın keçmiş baş məşqçisi 5 aydan sonra qaçdı

Milli komandamızın keçmiş baş məşqçisi 5 aydan sonra qaçdı

Futbol üzrə U-16 və U-19 milli komandalarımızın keçmiş baş məşqçisi Miloş Velebit yeni iş yerində duruş gətirə bilməyib.

mediasport.az xəbər verir ki, 5 ay əvvəl Tailandın U-18 və U-20 yığma komandalarına baş məşqçi təyin olunmuş serbiyalı yarımada dövlətdə qalmaq istəməyib.

43 yaşlı mütəxəssis şəxsi məsələləri bəhanə gətirərək Tailandı tərk edib.