Millimizin lideri öz çəkisində birincidir - Yeni dünya reytinqi
Beynəlxalq Cüdo Federasiyası 2024-cü ilin ilk ayı üçün Olimpiya Dünya Reytinq cədvəlini açıqlayıb.
Mediasport.az xəbər verir ki, Azərbaycanın 12 üzvünün yer aldığı siyahıda millimizin lideri Hidayət Heydərov 73 kiloqram çəkidə birinci pillədə qərarlaşıb.
Digər kişi cüdoçulardan Zelim Kotsoyev (100 kiloqram) ikinci, Balabəy Ağayev (60 kiloqram) və Səid Mollayi (81 kiloqram) beşinci, Yaşar Nəcəfov (66 kiloqram) yeddinci, Zelim Tçkayev (81 kiloqram) doqquzuncu, Murad Fətiyev (90 kiloqram) onuncu, Uşangi Kokauri (+100 kiloqram) on birinci, Turan Bayramov (60 kiloqram) iyirminci pillədə qərarlaşıblar.
Qadın cüdoçulardan isə Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) öz çəkilərində 16-cı, Açelya Toprak isə (57 kiloqram) 36-cıdır.
Qeyd edək ki, 12 idmançıdan 11-nin hazırkı mövqeyi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya imkanı verir.
Acelya Toprak isə kontinental kvota əsasında Olimpiadada iştirak hüququ qazana bilər.