Cüdoçularımızın Astana uğursuzluğu davam edir - "Böyük dəbilqə"
Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük dəbilqə" turnirinin ikinci günündə də uğursuz çıxış ediblər.
MediaSport.az xəbər verir ki, turnirin ikinci günündə mübarizəyə qoşulan 4 kişi cüdoçumuzdan heç biri medal qazana bilməyib.
81 kq çəki dərəcəsində Zelim Tçkayev 1/4 finala qədər irəliləsə də, əvvəlcə bu mərhələdə tacikistanlı Somon Mahmadbekova, daha sonra isə təsəlliverici görüşdə almaniyalı Dominik Resselə məğlub olub. Həmin çəkidəki digər idmançı Məhərrəm İmamverdiyev 1/16 finalda çıxdığı ilk dueldə uduzub.
73 kq çəkidə Azərbaycanı təmsil edən Telman Vəliyev və Rəşid Məmmədəliyev cəmi bir mərhələ adlaya biliblər və 1/8 finalda turnirlə vidalaşıblar.
"Böyük dəbilqə"nin ilk günündə Azərbaycanın 8 cüdoçusundan yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
Turnirə iyunun 18-də yekun vurulacaq.