Azərbaycanın cüdoçusu Niderlandda Avropa çempionu olub

Azərbaycanın cüdoçusu Niderlandda Avropa çempionu olub

Niderlandın Haaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürüb.

Mediasport.az xəbər verir ki, ilk yarış günündə ölkəmizi 7 idmançı təmsil edib.

60 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionatının qızıl medalını qazanıb.

66 kq-da Aydın Rzayev qitə birinciliyini gümüş medalla başa vurub. 

52 kq-da qızlar arasında təmsilçimiz Aydan Vəliyeva isə Avropa üçüncüsü olub.

Nicat Nağıyev (66 kq), Könül Əliyeva və Vüsalə Hacıyeva (hər ikisi 48 kq), həmçinin Fidan Əlizadə (57 kq) medalsız qalıblar.