Millimizin oyun təqvimi açıqlandı

Millimizin oyun təqvimi açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının 2023/2024-cü illər mövsümündə keçirəcəyi oyunların təqvimi açıqlanıb.

mediasport.az xəbər verir ki, "C" Liqasının III qrupunda yer alan yığmamız ilk oyununu sentyabrın 22-də Bakıda Kiprə qarşı keçirəcək.

Siyasət Əsgərovun başçılıq etdiyi komanda Farer adaları ilə oynayacağı qrupun son görüşündə də evdə meydana çıxacaq.


Azərbaycan yığmasının oyunlarının təqvimi:

22 sentyabr. Azərbaycan – Kipr

26 sentyabr. Monteneqro – Azərbaycan

27 oktyabr. Farer adaları – Azərbaycan

31 oktyabr. Azərbaycan – Monteneqro

1 dekabr. Kipr – Azərbaycan

5 dekabr. Azərbaycan – Farer adaları