Millimizin üzvləri "Qalatasaray"la Türkiyə çempionu adını qazandı
Qadınlar arasında Türkiyə Superliqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçuları Kristina Bakarandze və Nazlıcan Parlakın formasını geyindiyi "Qalatasaray" sonuncu - 30 turda doğma meydanda "ALG Spor"a 2:0 hesabı ilə qalib gələrək 71 xalla çempion adını qazanıb.
Yığmamızın forvardları bu dəfə də əsas heyətdə meydana çıxıblar. Kristina 67-ci dəqiqədə qırmızı vərəqə görüb.
Azərbaycan millisi və "Neftçi"nin qadın komandasının baş məşqçisi Siyasət Əsgərovla ötən il çempion olmuş "Fomget" mövsümü gümüş medallarla başa vurub.