Millimizin üzvünü transfer edib 9 futbolçu ilə vidalaşdılar

Millimizin üzvünü transfer edib 9 futbolçu ilə vidalaşdılar

Azərbaycanlı müdafiəçi Cəlal Hüseynovla 3 illik müqavilə bağlayan "Arda" klubunda köklü dəyişikliklər edilir.

mediasport.az xəbər verir ki, Bolqarıstan təmsilçisi 9 futbolçusu ilə vidalaşıb.

Onlardan Aleks Petkov, Aleksandr Georgiyev, Vasil Simeonov, Junior Palmares, Atanas Zehirov və Şahruddin Buxoldanın (Çano) klubla başa çatan müqavilələri yenilənməyib. Kırcaali klubunun təcrübəli oyunçusu Milen Jelev karyerasını ölkə xaricində davam etdirmək istədiyi üçün gedib. Lasana Ndiaye və El-Mami Tetanın isə icarə müddəti başa çatıb.