Milli komandalarımız Fransada təlim-məşq toplanışına qatıldılar

 Milli komandalarımız Fransada təlim-məşq toplanışına qatıldılar

Azərbaycanın cüdo üzrə yığma komandaları Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Mediasport.az xəbər verir ki, "Böyük Dəbilqə" turnirindən dərhal sonra keçirilən hazırlıq prosesində millilərimizdən 33 cüdoçu iştirak edib.

Təlim-məşq toplanışı Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinə və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.