"Arxayınlaşmaq olmaz, bu, hələ birinci hissədir" - "Neftçi"nin üzvü

"Arxayınlaşmaq olmaz, bu, hələ birinci hissədir" - "Neftçi"nin üzvü

"Uzunmüddətli zədəm oldu. Amma bərpa müddətini tez keçdim. Get-gedə formamı bərpa etməyə çalışıram".

Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Azər Salahlı deyib.

Müdafəçi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə ilk görüşündən sonra klubun televiziyasına danışıb.

O, 2:0 hesablı qələbəyə görə arxayınlaşmayacaqlarını bildirib:

"Neftçi” ailəsini təbrik edirəm. Tovuz səfəri hər dəfə çətin olur. Bu dəfə də ağır oyun oldu. Ancaq yaxşı oyun göstərə bildik. Yaxşı nəticə qazandıq. Arxayınlaşmaq olmaz. Bu, hələ ki, turun birinci hissəsidir, əsas hissəsi cavab oyunundadır. Vaxt var. Bu oyunu unudub növbəti görüşü gözləyəcəyik".