Karateçilərimiz Qırğızıstanda turnirdə 3 medal qazandılar
Azərbaycan karateçiləri Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Bishkek Open” beynəlxalq turnirində 3 medal qazanıblar.
Mediasport.az xəbər verir ki, idman karatesi üzrə yığmanın üç üzvü fəxri kürsüyə qalxıb.
Kumite yarışlarında böyüklər arasında Aslan Dostuyev (67 kq) qızıl, 16-17 yaşlı gənclər arasında Rauf İmanov (61 kq) gümüş, Ömər Əliyev (30 kq) isə 10-11 yaşlı uşaqlar arasında bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, turnirdə 1000-ə yaxın idmançı iştirak edib.