MMA döyüşçümüz Akif Quluzadə növbəti qələbəsini qazandı
Azərbaycanın MMA döyüşçüsü Akif Quluzadə növbəti qələbəsini qazanıb.
Mediasport.az xəbər verir ki, 19 yaşlı təmsilçimiz Tailandın paytaxtı Banqkokda keçirilən “ONE Friday Fights 94” turnirində qüvvəsini sınayıb.
Muay-tay qaydaları ilə keçirilən döyüşdə Akif yerli idmançı Puenqluanq Baanramba ilə üz-üzə gəlib. Yüngül çəkidə baş tutan döyüş turnirin əsas qarşılaşması olub. Quluzadə rəqibini ikinci raundda nokautla məğlub edib.
“ONE Friday Fights 94” çərçivəsində keçirdiyi 3 görüşün hamısında qalib gələn idmançımız Banqkokdakı uğurundan sonra 100 min dollarlıq müqavilə imzalayıb.
Qeyd edək ki, Quluzadə karyerası ərzində keçirdiyi 5 görüşdə 4 dəfə qalib gəlib, 1 dəfə uduzub.