Röyal Leylizadə Qazaxıstanda kəmər döyüşünə çıxacaq
Deklabrın 23-də Qazaxıstanın Almatı şəhərində Oktaqon Liqasının 53-cü seriyası çərçivəsində döyüşlər baş tutacaq.
Mediasport.az xəbər verir ki, Azərbaycanı turnirdə Emin Şərifov, Fərid Əlibabazadə və Röyal Leylizadə təmsil edəcəklər.
Turnirin əsas döyüşü R.Leylizadə (57 kq) ilə Özbəkistan idmançısı Ənvər Abdullayev arasında olacaq.
Bu döyüşün qalibi kəməri əldə edəcək.