"Yəqin, Nərimanın son məğlubiyyəti Mehtini ruhlandırıb"

"Yəqin, Nərimanın son məğlubiyyəti Mehtini ruhlandırıb"

Rusiyalı MMA döyüşçüsü Mehti Dakayev Nəriman Abbasovu duelə çağırıb.

mediasport.az xəbər verir ki, bu barədə azərbaycanlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov feysbuk səhifəsində paylaşım edib.

Məşqçi bu döyüş üçün danışıqlar aparmağa hazır olduqlarını vurğulayıb: "Əvvəlcə bu görüşə razılıq vermişdik. Amma Mehti özü imtina etdi. Yəqin, Nərimanın son məğlubiyyəti onu ruhlandırıb".

Nəriman Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.