"Zirə"nin futbolçusu yunanlara "Qarabağ" haqda nə deyib?
"Zirə"nin yunan müdafiəçisi Dimitrios Çantakias ölkəsinin mətbuatına açıqlama verib.
MediaSport.az xəbər verir ki, 27 yaşlı futbolçu "Olimpiakos" - "Qarabağ" qarşılaşmasını dəyərləndirib, Ağdam təmsilçisinin üstün cəhətlərindən danışıb:
- "Qarabağ” topla oynamağı xoşlayan komandadır. Müdafiə olunmur, rəqiblərinin üzərinə gəlməsini gözləmirlər. “Olimpiakos”u topsuz qoysalar, Yunanıstan klubu problem yaşayacaq. Yaxşı olardı ki, "Olimpiakos" dördlü müdafiə qursun və yarımmüdafiənin mərkəzini gücləndirsin.