Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib - Tarixdə 3-cü dəfə...
Futbol üzrə 34-cü Afrika Millətlər Kuboku yarışının qalibi məlum olub.
Mediasport.az xəbər verir ki, Kot-d'İvuar ev sahibliyi etdiyi turnirdə tarixinin 3-cü çempionluğunu qazanıb.
Emers Faenin müvəqqəti baş məşqçisi olduğu yığma finalda Nigeriya millisindən üstün olub - 2:1.
Meydan sahibləri ilk hissədə hesabda geri düşsələr də, fasilədən sonra geridönüşlə qızıl medalların taleyini həll ediblər.