Rəşad Sadiqov AFFA və hakimləri söydü, 5 oyunluq cəzalandırıldı
AFFA İntizam Komitəsi "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqova ciddi cəza verib.
Mediasport.az xəbər verir ki, qurum mütəxəssisi beş oyunluq diskvalifikasiya edib.
Buna səbəb Sadiqovun U-17 Liqasında "Sabah"la matçın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir etməsi səbəb olub.
O, görüşdə birbaşa qırmızı vərəqə alıb.