II mərhələnin ilk oyunları 5 matçla yekunlaşdı - Çempionlar Liqası
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
MediaSport.az xəbər verir ki, ikinci matç günündə 5 görüş keçirilib.
"Rakuv" - "Qarabağ" cütünün qalibinin III raunddakı potensial rəqibləri - "Aris"lə Belarusun BATE klubları Kiprdə qarşılaşıblar və meydan sahibləri böyük hesablı qələbə qazanıblar.
Mərhələnin cavab matçları avqustun 1-2-də baş tutacaq.
UEFA Çempionlar Liqası. II təsnifat mərhələsi. İlk oyunlar
26 iyul
"Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail) 1:0
Qol: Amin Talal, 28.
"Aris" (Kipr) - BATE (Belarus) 6:2
Qollar: Yannik Qomis, 17 (penalti); 60, Leo Benqtsson, 32, Sidi Bane, 40-avtoqol, Ceyden Montnor, 83, Mariuş Stepinski, 90+1-penalti - Artyom Kontsevoy, 48, Ruslan Xadarkeviç, 65.
"Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan) 3:2
Qollar: Elvin Cəfərquliyev, 55-avtoqol, Fabian Pyasetski, 71, Sonni Kittel, 90+1 - Redon Cica, 73; 75.
"Ludoqores" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya) 1:1
Qollar: Dominik Yankov, 44 - Timmi Elşnik, 14.
"Klaksvik" (Farer adaları) - "Haken" (İsveç) 0:0