UEFA Avropa Liqasında finalçılar məlumdur: "Bayer" və "Atalanta"

UEFA Avropa Liqasında finalçılar məlumdur: "Bayer" və "Atalanta"
"Köhnə qitə"nin ikinci nüfuzlu klub yarışı UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.

Mediasport.az
xəbər verir ki, yarımfinalın cavab görüşlərindən biri Almaniyada, digəri İtaliyada baş tutub.

Bu mövsüm dünyada məğlub olmayan yeganə komanda "Bayer" Leverkuzendə uğurlu seriyanı 49 matça çatdırmaqla həlledici görüşə vəsiqə qazanıb.

Digər finalçı isə "Atalanta" olub.
Avropa Liqasında final görüşü mayın 22-də İrlandiyada baş tutacaq.

UEFA Avropa Liqası. Yarımfinal. Cavab oyunları


23:00 "Atalnata" (İtaliya) - "Marsel" (Fransa) 3:0
Baş hakim: Xesus Gil Mansano (İspaniya)
İtaliya, Berqamo, "Gevis Stedium".
İlk matç - 1:1.

23:00 "Bayer" (Almaniya) - "Roma" (İtaliya) 2:2
Baş hakim: Danni Makkeli (Niderland)
Almaniya, Leverkuzen, "BayArena" stadionu.
İlk matç - 2:0.