Neymar da Səudiyyə Ərəbistanı klubuna transfer edildi - RƏSMİ

Neymar da Səudiyyə Ərəbistanı klubuna transfer edildi - RƏSMİ

PSJ-dən ayrılan Neymarın yeni klubu müəyyənləşib.

mediasport.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

31 yaşlı "sambaçı" "Əl-Hilal"la 2 illik müqavilə bağlayıb.

Jorje Jesuşun baş məşqçisi olduğu Riyad təmsilçisi transferə görə Paris klubuna 90 milyon avro təzminat dəyib.