Azərbaycan milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarında!

Azərbaycan milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarında!

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Mediasport.az xəbər verir ki, yığmamız buna Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında nail olub.

Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət komandamız çoxnövçülükdə Olimpiya normativini yerinə yetirib.

Yığmamız 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb və yekunda 70,200 balla olimpiadaya vəsiqə əldə edib.

Qrup hərəkətləri komandası hər iki növdə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, bədii gimnastlarımızdan Zöhrə Ağamirova da fərdi yarışlarda Olimpiya Oyunlarına lisenziya qazanıb.