Azərbaycan Premyer Liqası: "Neftçi" evdə "Kəpəz"i məğlub etdi

Azərbaycan Premyer Liqası: "Neftçi" evdə "Kəpəz"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü tur bu gün start götürüb.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

Çempionatda mövqeyini qoruyan "Kəpəz" paytaxtda avrokuboklar və ikincilik uğrunda gərgin mübarizədə yer alan “Neftçi”nin qonağı olub.

Turun digər görüşləri 11-12 mayda keçiriləcək.


Azərbaycan Premyer Liqası. 34-cü tur


19:00 "Neftçi" - "Kəpəz" 5:1

Qollar: Andre Şinyaşiki, 45, 47, 76, Brayan Moreno, 45+2, Ağadadaş Salyanski, 86 - Latir Fal, 36.

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”