"Qarabağ" ilk təklifə "YOX" dedi: "Flamenqu" bu qədər ödəməlidir
"Qarabağ" Braziliyanın "Flamenqu" klubunun Olavio Juninyonun transferi üçün ilk təklifini qəbul etməyib.
Mediasport.az xəbər verir ki, bu barədə yerli "Terra" nəşri məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir və Felipe Luisin komandası 28 yaşlı forvard üçün yeni təklif paketi hazırlayır.
Azərbaycan çempionunun bu keçidə görə təxminən 6 milyon avro istədiyi yazılıb.
"Sambaçı"nı 4 milyon avroya heyətinə qatmaq istəyən "Flamenqo" ağdamlıların tələb etdiyi məbləği azaltmağa çalışır.