"Neftçi" İstanbulda sensasiyaya edə bilmədi - Avropa Konfrans Liqası

"Neftçi" İstanbulda sensasiyaya edə bilmədi - Avropa Konfrans Liqası

Bu gün Avropa Konfrans Liqasındakı digər təmsilçimiz "Neftçi" də cavab oyununu keçirib.

mediasport.az xəbər verir ki, Adrian Mutunun rəhbərlik etdiyi komanda III təsnifat mərhələsinin "Beşiktaş"la cavab görüşü çərçivəsində Türkiyədə meydana çıxıb.

Təmsilçimiz "Beşiktaş Satdionu"nda davam edən matçın ilk hissəsini qalib başa vursa da, fasilədən sonra ustalıq və səviyyə fərqi sözünü deyib.


Avropa Konfrans Liqası. III təsnifat mərhələsi. Cavab oyunu


22:00 "Beşiktaş" (Türkiyə) - "Neftçi" (Azərbaycan) 2:1 ilk matç - 3:1

Qol: Abubakar, 57, Muleka, 71 - Emin Mahmudov, 36.

Baş hakim: Yulian Vaynberger (Avstriya)

Türkiyə, İstanbul, "Beşiktaş stadionu".