Ramil Şeydayev Tailanda getməzdən əvvəl İsrail klubuna "yox" deyib
Tailandın "Buriram Yunayted" klubu ilə anlaşan Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin xidmətində İsrail klubu da maraqlı olub.
mediasport.az saytına daxil olan məlumata görə, İsrail Liqasında mövsümü 2-ci pillədə tamamlayan "Hapoel" (Beer-Şeva) 27 yaşlı hücumçuya birbaşa müqavilə təklif edib.
Lakin israillilərin şərtləri forvardı qane etməyib. Beer-Şeva təmsilçisi keçid üçün illik 400 min dollar ödəməyə hazır olub.
Qeyd edək ki, yığmamızın üzvü Tailand klubunda illik 750 min avroya oynayacaq.