"Neftçi" Milan "İnter"ində oynamış milli üzvünü gətirməyə çalışır

"Neftçi" Milan "İnter"ində oynamış milli üzvünü gətirməyə çalışır

“Neftçi” transfer çalışmalarını davam etdirir.

mediasport.az xəbər verir ki, "ağ-qaralar" 2010-2014-cü illərdə Milan "İnter"inin futbolçusu olmuş Denis Alibeçi transfer etməyə çalışır.

Adrian Mutu həmyerlisi olan Rumıniya yığmasının hücumçusuna illik 600 min dollar təklif edib.

Hazırda vətənində "Farul"un formasını geyinən 32 yaşlı forvard Azərbaycana gəlməyə isti yanaşsa da, Qətərdən aldığı təklifin daha uyğun olduğunu deyib.

“Əl-Muaydar” rəhbərliyi yığmada 31 dəfə meydana çıxmış futbolçunun keçidi üçün əfsanəvi Georgi Hacinin komandasına 8 aylıq 800 min dollar təzminat ödəməyə hazır olduqlarını bildirib.

Konstanta təmsilçisi ilə 2025-ci ilin yayına qədər müqaviləsi olan Alibeç son qərarını yaxın 1-2 gündə verəcək.

Qeyd edək ki, forvard İtaliya nəhənginin əsas komandasında cəmi 2 oyun keçirib. Zəngin karyeraya malik Denis 2015-ci ildən Rumıniya millisinin formasını geyinir.