Məşhur "Qarabağ"lının ticarətçi bibisindən EKSKLÜZİV VİDEO
"Onun atası da yaxşı futbolçu olub. Qardaşım "Feyenoord" və "Nitsa" kimi klublarda oynayıb".
Bu sözləri Mediasport.az saytına özəl açıqlamasında "Qarabağ"ın futbolçusu Marko Veşoviçin bibisi Sonya Veşoviç Çiroviç deyib.
Monteneqronun Petrovaç şəhərində xırda ticarətlə məşğul olan Sonya xanım saytımızın əməkdaşına maraqlı məlumatlar verib.
Markonun atasının da məşhur futbolçu olduğunu qeyd edən müsahibimiz çoxdandır Veşoviçlə görüşmədiyini bildirib, Azərbaycana salamlarını göndərib.
Ramin Xalidoğlu, Petrovaçdan xüsusi olaraq Mediasport.az saytı üçün