"Neftçi" - "Spartak" oyununun başlanma saatı müəyyənləşib

"Neftçi" - "Spartak" oyununun başlanma saatı müəyyənləşib

"Neftçi" və Rusiyanın "Spartak" (Moskva) komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq oyununun başlanma saatı müəyyənləşib.

Paytaxt klubundan Mediasport.az saytına verilən məlumata görə, qarşılaşma saat 18:00-da start götürəcək.

Martın 23-də "Neftçi Arena"da keçiriləcək görüşün biletləri yaxın vaxtlarda satışa çıxarılacaq.

Qeyd edək ki, bu komandalar ötən il iyulun əvvəlində Moskvada mini turnir çərçivəsində qarşılaşıblar və rusiyalılar qələbə qazanıblar - 2:0.